Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Paşinyan məzuniyyətdə olduğu üçün Avrasiya İqtisadi İttifaqı ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının avqustun 15-də Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək”, – o qeyd edib.
Verilən məlumata görə, iclasda Ermənistan tərəfdən Baş nazirin müavini Mher Qriqoryan iştirak edəcək.



