Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə tərəflərin razılaşdırdığı sülh müqaviləsinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Paşinyan “Telegram” kanalında bildirib.
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edirəm”, – o qeyd edib.



