“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması o demək deyil ki, tərəflərin bir-birinə sualı yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
“Bəli, sülh bərqərar olub, lakin bu o demək deyil ki, bizim bir-birimizə suallarımız və həll olunmamış problemlərimiz yoxdur. Amma, təbii ki, sülhü qorumaq lazımdır”, – o qeyd edib.



