Xəbərlər

Paşinyan Ərdoğana Vaşinqton razılaşmaları barədə məlumat verib

Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Füyuzat”ın məlumatına görə, Baş nazir avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət, regional kommunikasiyaların açılması ilə bağlı aparılmış danışıqların nəticələri barədə Türkiyə prezidentinə məlumat verib.

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın inkişafına imkan yaradır.

Verilən məlumata görə, danışıqlar zamanı Ermənistan-Türkiyə ikitərəfli gündəliyinə dair məsələlər, xüsusən də əvvəllər əldə edilmiş razılaşmaların icrası müzakirə edilib.

Həmsöhbətlər fəal siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.