Xəbərlər

Paşinyan: Erməni cəmiyyətinin şüuraltılığı anti-dövlətdir

“Erməni cəmiyyətinin kollektiv şüuraltısı anti-dövlətdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Kollektiv sosial düşüncəmiz, başqa sözlə desək, şüuraltımız anti-dövlətdir. Bizim indiki sosial psixologiyamızın genetikası biz müstəmləkə olanda formalaşıb. Yaşadığımız ölkələr bizə yad idi.

Və beləliklə, ən azı 600 il biz özümüz tərəfindən deyil, başqa dövlətlərin tərkibində yaşadıq, ona görə də, bizim ilk reaksiyamız, bu dövləti yaratsaq da, ondan qurtulmaq istəyidir”, – Paşinyan qeyd edib.