Xəbərlər

Paşinyan erməni kilsəsinə qarşı hərəkata rəhbərlik etmək niyyətindədir

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinə qarşı hərəkata şəxsən rəhbərlik etmək niyyətində olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, Paşinyan bu barədə teleqram kanalında yazıb.

Baş nazirin sözlərinə görə, Eçmiədzinin Ana taxtı (Erməni Apostol Kilsənin rəhbər orqanı) “antimilli və dövlət əleyhinə qrup” tərəfindən ələ keçirilib və azad edilməlidir: “Mən bu azadlığa rəhbərlik edəcəyəm”.

Paşinyanla erməni ruhaniləri arasında münasibətlər son illərdə, xüsusən də Eçmiədzinin Müqəddəs Taxt-tacının 2020-ci ildə Paşinyanın istefasını tələb etməsindən və onu Qarabağla bağlı siyasətinə görə tənqid etdikdən sonra pisləşib.

Bu yaxınlarda Paşinyan bəyan edib ki, II Qaregin və bəzi arxiyepiskoplar subaylıq andına əməl etmirlər və öz rütbələrindən imtina etməlidirlər. Öz növbəsində Erməni Apostol Kilsəsi Ermənistan hakimiyyətinin taxt-taca müdaxiləsini qəbuledilməz adlandırıb, həmçinin həbsdə olan bütün ruhanilərin azadlığa buraxılmasına çağırıb.