Xəbərlər

Paşinyan: Ermənistan Azərbaycana delimitasiya ilə bağlı yazılı təkliflər göndərib

“Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər təqdim edib”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz prosesin davam etdirilməsinin məntiqi və konkret istiqaməti ilə bağlı Azərbaycana yazılı təkliflər vermişik. Hazırda onların cavabını gözləyirik”, – o qeyd edib.