Xəbərlər

Paşinyan: Ermənistan cəmiyyəti Aİ ilə yaxınlaşmağa müsbət yanaşır

“Ermənistan cəmiyyəti respublikanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasına müsbət yanaşır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

“Aİ ilə yaxınlaşma məsələsində ictimai konsensusun olduğunu söyləməyə cəsarət etmirəm. Bizim parlamentdəki fraksiyamızda belə bir qərar verilmədi, amma mən Avropa Parlamentinə getdim və bundan sonra Ermənistanda bu prosesi dəstəkləmək üçün imza toplamaq prosesi başladı. Buna görə də Aİ-yə üzvlük məsələsi ilə bağlı referendumun keçirilməsinə qarşı olmaq üçün heç bir siyasi məntiq yoxdur”, – Paşinyan əlavə edib.