Xəbərlər

Paşinyan: Ermənistan KTMT ilə münasibətlərdə dönüş olmayan nöqtəyə yaxındır

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə yaxınlaşıb, çünki bu struktur respublikanın qaldırdığı suallara cavab vermir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda keçirilən II Qlobal Sammitdə deyib.

“KTMT qaldırdığımız suallara nə qədər uzun müddət cavab vermirsə, təşkilatla münasibətlərin geri dönüşü olmayan nöqtəsi bir o qədər yaxınlaşır”, – Paşinyan bildirib.