Xəbərlər

Paşinyan: Ermənistan və İran ümumi sərhəddə ikinci körpünün açılması barədə razılığa gəliblər

“İran və Ermənistan ümumi sərhədlərində Araz çayı üzərində ikinci körpünün açılması barədə razılığa gəliblər”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda İran prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra mətbuata açıqlamasında deyib.

“Ölkələrimiz arasında ticarət dövriyyəsinin gündən-günə artan həcmlərini nəzərə alaraq, biz Ermənistan-İran sərhədində ikinci körpünün açılması ilə bağlı razılığa gəldik”, – Paşinyan bildirib.