Xəbərlər

Paşinyan: Ermənistanda demokratiyanın keyfiyyəti bizi qane etmir

“Ermənistanda mövcud olan demokratiyanın keyfiyyəti bizi qane etmir”.

“Füyuzat”ın məlumatına görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan bazar ertəsi Ermənistan Demokratiya Forumunda bildirib.

“Xüsusilə, mənim fikrimcə, yerli hökumət səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilmir, sivil və kommunal xarakter daşıyır”, – Paşinyan əlavə edib.

Ermənistanda söz və mətbuat azadlığına toxunan Paşinyan bildirib ki, bunun Ermənistan ictimaiyyəti tərəfindən müsbət hal kimi qəbul edilməsi zəruridir.