Xəbərlər

Paşinyan Ermənistanın KTMT-də iştirakını dondurub

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirakını dondurub, çünki bu struktur respublikanın suverenliyinə təhlükə yaradır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda keçirilən II Qlobal Sammitdə deyib.

“KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır”, – Baş nazir bildirib.