Xəbərlər

Paşinyan: Ermənistanın KTMT-dən çıxması növbəti addımdır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq. Bunun bir ay, bir il və ya üç ildən sonra olacağına biz qərar verəcəyik”, – Paşinyan qeyd edib.