“Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
“Azərbaycanla sülh müqaviləsi imzalanarsa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gələrsə, o zaman biz sülhə nail olmaq naminə konstitusiyaya dəyişikliklər edəcəyik”, – Paşinyan vurğulayıb.
Paşinyan əvvəllər qeyd edib ki, Ermənistan Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ratifikasiya olunmuş beynəlxalq müqavilələr Ermənistan qanunvericiliyindən üstündür. Ermənistanın Baş naziri həmçinin bəyan edib ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin demək olar ki, 80%-ni təsdiqləyib və Azərbaycan hakimiyyətini razılaşdırılmış hissəni imzalamağa çağırıb.