“Ermənistan hakimiyyəti Azərbaycanın tələbi ilə hazırlanmayan, lakin regional əhəmiyyət kəsb edən yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Yeni konstitusiya ilə bağlı təklif etdiyim tezis geniş müzakirə olundu və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim olundu. Reallıqda isə bu təklif “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Ancaq hazırlanacaq mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”, – Paşinyan qeyd edib.



