Xəbərlər

Paşinyan Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var. Çünki hazırkı əsas qanun vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginliyə səbəb olur.

“Füyuzat”ın məlumatına görə, bunu Konstitusiya Günü münasibətilə xalqa müraciətində ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

“Mən əminəm ki, ölkəmizə yeni konstitusiya lazımdır. Çünki vətəndaş hesab edir ki, hakim elita hazırkı konstitusiya mətnini yazdı, onun qəbulunu elan etdi və faktiki olaraq onu həyata keçirdi. Hazırkı əsas qanun vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginliyə səbəb olur”, – Paşinyan deyib.

O qeyd edib ki, vacib olan yeni konstitusiyanın mətni deyil, onun hazırlanması və qəbul edilməsi metodudur: “Bizə elə konstitusiya lazımdır ki, xalq özü hazırladığı və qəbul etdiyi sənədi imzalasın”.