Xəbərlər

Paşinyan: İnsanlar region ölkələri ilə münaqişələrə görə Ermənistanı tərk ediblər

“Ermənistan vətəndaşları region ölkələri ilə mövcud münaqişələrə görə 90-cı illərdən ölkəni tərk edirlər”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“90-cı illərin əvvəllərindən biz davamlı olaraq miqrasiyadan danışır, buna müxtəlif səbəblər – hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmamasını göstəririk. Bunlar düzgün səbəblərdir, lakin səbəblərin maksimum 20%-ni təşkil edir. Nəhayət, etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim ətraf mühitlə ziddiyyətli münasibətlərimiz, regional siyasətimizdir. Dövlətin qarşısında duran vəzifələr qismən həll olunub, lakin yeni problemlər yaranır”, – Paşinyan əlavə edib.