Xəbərlər

Paşinyan: Lukaşenkonun dövründə heç vaxt Belarusa səfər etməyəcəm

“Aleksandr Lukaşenko prezident olduğu müddətdə nə mən, nə də ölkənin digər rəsmiləri Belarusa səfər etməyəcəyik”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“KTMT liderlərindən biri bildirir ki, o, 44 ​​günlük müharibənin hazırlanmasında iştirak edib, Azərbaycanın qələbəsini ruhlandırıb, inandırıb, arzulayıb. Siz ləyaqətdən, dürüstlükdən danışmırsınızmı? Bəyan etmək istəyirəm ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə bir daha Belarusa səfər etməyəcəyəm və ümumiyyətlə, heç bir rəsmi şəxs ora getməyəcək”, – Paşinyan parlamentdə çıxışı zamanı qeyd edib.

Lukaşenko mayın 15-17-də Azərbaycanda dövlət səfərində olub və bu səfər zamanı Qarabağa da səfər edib.