Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
“Füyuzat”ın məlumatına görə, Paşinyan ABŞ-ın paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələrini, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət, ərazi prinsipləri çərçivəsində regional kommunikasiyaların açılması barədə müzakirələr aparıldığını Fransa prezidentinə çatdırıb.
Paşinyan sülhün Ermənistanda və regionda yeni investisiya imkanları açdığını bildirib.
Həmsöhbətlər qarşılıqlı olaraq ikitərəfli və beynəlxalq gündəmlər üzrə fəal siyasi dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, sonda Baş nazir davamlı dəstəyə görə Makrona təşəkkür edib.



