Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı parlament binası qarşısında baş verən toqquşmalar zamanı polisin hərəkətlərini proporsional adlandırıb və müxalifətin ölkənin qanunverici orqanına hücum etməyə cəhd etdiyini deyib.
“Füyuzat”ın məlumatına görə, Paşinyan bu barədə parlamentdə çıxışı zamanı deyib.
“Polisin reaksiyası qanuni və peşəkar idi, bütün belə hallarda polis eyni hərəkəti həyata keçirəcək”, – Paşinyan qeyd edib.