Xəbərlər

Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya işgüzar səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

“Paşinyan iyulun 24-də Rusiya Federasiyasına ikigünlük işgüzar səfərə gedəcək. Baş nazir Rusiya Federasiyasının Altay Respublikasında keçiriləcək Təbiət və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konfransda iştirak edəcək”, – məlumatda qeyd olunub.