Xəbərlər

Paşinyan Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

“Paşinyan belə praktikanı pisləyir, bunu məsuliyyətsizlik və qəbuledilməz hal hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribatdır”, – Baqdasaryan qeyd edib.