Xəbərlər

Paşinyan Vaşinqtonda danışıqlarının nəticələrini Avropa Şurasının prezidentinə çatdırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Antonio Kosta ilə telefon danışığı aparıb.

“Füyuzat”ın məlumatına görə, Paşinyan avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk Qrupunun mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət, regional kommunikasiyalar açılması barədə Avropa İttifaqı Şurasının prezidentinə məlumat verib.

Paşinyan vurğulayıb ki, yaradılmış sülh Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni investisiya imkanları açır.