Xəbərlər

Paşinyan və Makron sülh prosesini müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan Blenheym sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Hetq” nəşri məlumat verib.

Həmsöhbətlər Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ermənistan və Azərbaycan arasında sülh prosesinə istinad edilib, regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər vurğulanıb.

Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının inkişafı ilə bağlı da fikir mübadiləsi aparıblar.