Xəbərlər

Paşinyan və Pezeşkian arasında təkbətək görüş başlayıb

Ermənistanın Prezident sarayında Ermənistanın Baş naziri Nikol Paşinyanla İran prezidenti Məsud Pezeşkian arasında təkbətək görüş başlayıb. 

“Füyuzat”ın məlumatına görə, bu barədə “Armenpress” məlumat yayıb.

Qeyd edilib ki, təkbətək söhbətdən sonra geniş tərkibdə görüş keçiriləcək, bundan sonra Ermənistanın Baş naziri və İran prezidenti mətbuata bəyanatlarla çıxış edəcəklər. 

Təkbətək görüşdən əvvəl Ermənistan Respublikası Prezidentinin iqamətgahında İran prezidentinin rəsmi qarşılanma mərasimi olub. 

Xatırladaq ki, İran prezidenti avqustun 18-də iki günlük rəsmi səfərlə Ermənistana gəlib.