Xəbərlər

Paşinyan və Putin arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Rusiya liderinin Azərbaycana səfərini müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.


“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, Rusiya Prezidenti ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə Ermənistanın Baş nazirinə məlumat verib və buna görə Baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, – məlumatda qeyd olunub.

Əlavə edilib ki, Paşinyan gələcəkdə Putinlə ikitərəfli gündəmdəki məsələləri müzakirə etmək üçün görüşməyə razılaşıb.