Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon anışığı olub. Tərəflər regional əhəmiyyətli məsələləri müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Paşinyan Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona Ermənistan-ABŞ münasibətlərinin son illərdəki inkişafı və hazırkı vəziyyəti barədə məlumat verib.