Xəbərlər

Paşinyan: Yeni konstitusiya Müstəqillik Bəyannaməsinə istinad etməməlidir

“Ölkənin yeni konstitusiyasının mətnində “Dağlıq Qarabağ”ın adının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Müstəqillik Bəyannaməsinin mətnini öyrənərək dedim ki, mənim fikrimcə, söhbət müstəqil Ermənistan Respublikasından, Ermənistanın dövlətçiliyindən gedir. Bu, sadəcə olaraq, mümkün deyil. Deyə bilmərəm ki, Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Əksinə, mən deyə bilərəm ki, Ermənistanın yeni konstitusiyasına istinad olmamalıdır. Müstəqillik isə Ermənistan xalqının öhdəsindədir”, – Paşinyan əlavə edib.