“Çin hakimiyyəti və Avropa İttifaqının (Aİ) rəhbərliyi beynəlxalq vəziyyəti sabitləşdirmək üçün qarşılıqlı etimadı gücləndirməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi Nyu-Yorkda Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrellə görüşündə deyib.
“Dünyada baş verən qarışıqlıq şəraitdə Çin və Aİ qarşılıqlı etimadı gücləndirməli, yaxından əməkdaşlıq etməli, qarşılıqlı hörmətə riayət etməli və bir-birini tamamlamalı, beynəlxalq və regional vəziyyətin sabitləşməsinə töhfə verməli, inkişafa kömək etməlidir”, – Vanq Yi bildirib.