Xəbərlər

Pekin Ukrayna münaqişəsinin tərəflərini təmkinli olmağa çağırıb

Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyi (XİN) Ukrayna münaqişəsi tərəflərini təmkinli olmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin XİN-nin rəsmi nümayəndəsi Lin Cian deyib.

“Mövcud şəraitdə bütün tərəflər sakit və təmkinli olmalı, dialoq və məsləhətləşmələr yolu ilə vəziyyəti soyutmağa səy göstərməli, atəşkəsə tezliklə nail olmaq üçün böhranın siyasi həllinə şərait yaratmalıdır”, – nümayəndə əlavə edib.