Xəbərlər

Pentaqon ABŞ-da məhdud sayda “ATACMS” olduğunu etiraf edib

Pentaqon Kiyevə nə qədər “ATACMS” taktiki ballistik raket ötürüldüyü barədə məlumatı açıqlamaqdan imtina edib, lakin ABŞ-da bu raketlərdən məhdud sayda olduğunu etiraf edib.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Hərbi Departamentinin mətbuat katibinin müavini Sabrina Sinq deyib.

“Birləşmiş Ştatlar əvvəllər hərbi yardım paketləri şəklində Ukraynaya “ATACMS” təmin edib. Biz əməliyyat təhlükəsizliyi səbəbi ilə bu rəqəmi verməyəcəyik. Onlar olduqca bahalıdır və bu səbəbdən, bildiyiniz kimi, onların sayı məhduddur”, – Sinq qeyd edib.