Xəbərlər

Pentaqon: ABŞ İsrailin quru əməliyyatlarına dəstək verməyəcək

“Birləşmiş Ştatlar İsrailin nə Livanda, nə də Qəzza zolağında qurudan hücum əməliyyatlarını dəstəkləyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

“Biz onların həm şimal bölgələrində, həm də Qəzza zolağında apardıqları hücum əməliyyatlarına qoşulmaq və onlara dəstək vermək niyyətində deyilik”, – Pentaqonun sözçüsü bildirib.

O xatırladıb ki, ABŞ Prezidenti Co Bayden bundan əvvəl ABŞ ordusunun Qəzza zolağında quru əməliyyatlarında iştirak etməyəcəyini açıqlamışdı.