Xəbərlər

Pentaqon: ABŞ Rusiya ilə münaqişəyə can atmır

“ABŞ Rusiya ilə münaqişəyə can atmır, lakin Ukraynaya hərbi yardımı davam etdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçünün müavini Sabrina Sinq brifinqdə çıxışı zamanı bildirib.

“Biz Rusiya ilə müharibəyə can atmırıq, lakin şübhəsiz ki, siz həmfikir tərəfdaşların Ukraynanı dəstəkləmək üçün bir araya gəldiyini görəcəksiniz. Biz bunu davam etdirəcəyik”, – Sinq bildirib.