Xəbərlər

Pentaqon İsrailə dəstək vermək üçün Yaxın Şərqdə qüvvələr yerləşdirib

ABŞ müdafiə naziri Lloyd Ostin bazar günü israilli həmkarı Yoav Qalantla telefon danışığında Vaşinqtonun İsrailə kömək etmək üçün Yaxın Şərqdə qüvvələr saxladığını vurğulayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayderin bəyanatında bildirilir.

Onun sözlərinə görə, iki ölkənin hərbi idarələrinin başçıları İranın Yaxın Şərqdəki destabilizasiya hərəkətləri və Livan və Qəzza sektorundakı hazırkı vəziyyəti müzakirə ediblər.

Qeyd edilib ki, Ostin ABŞ-ın İsrailin təhlükəsizliyi, Qəzzada atəşkəs və İsrail-Livan sərhədinin hər iki tərəfində vətəndaşların sağ-salamat öz evlərinə qayıtmasına imkan verən həll yoluna sadiqliyini bir daha təsdiqləyib.