Xəbərlər

Pentaqon Kiyevə müdafiə silahları göndərmək planlarını təsdiqləyib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ administrasiyasının Ukraynaya əlavə müdafiə silahları ötürmək planlarını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Müdafiə katibinin ictimai məsələlər üzrə köməkçisi Şon Parnel TASS-a bildirib.

“ABŞ prezidenti Donald Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərir. Biz davamlı sülhə nail olmaq və qətli dayandırmaq üçün çalışdığımız müddətdə ukraynalıların özlərini müdafiə edə bilmələrini təmin edəcəyik”, – deyə Parnel qeyd edib.

O əlavə edib ki, Pentaqon hələ də hərbi təchizatların nəzərdən keçirilməsi planlarına sadiqdir.

Bundan əvvəl Tramp ABŞ-ın Kiyevə “daha ​​bir neçə silah” göndərəcəyini bildirmişdi.