“ABŞ Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikası (KXDR) kimi ölkələrlə dialoq aparmalıdır, çünki heç kim nüvə müharibəsi istəmir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Strateji Komandanlığının (STRATCOM) yüksək rütbəli nümayəndəsi, kontr-admiral Tomas Byukenen Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib.
“Biz həmişə danışmağa hazır olmalıyıq, çünki bu addım insanları ortaq dəyərləri müzakirə etmək üçün masaya yığır. Heç kim nüvə müharibəsi istəmir, elə deyilmi? Təkcə Dövlət Departamenti deyil, digər Amerika departamentləri də rəqiblərimizi real və mənalı dialoqa cəlb etməyə davam etməlidir”, – Byukenen vurğulayıb.