“Müdafiə Nazirliyi (Pentaqon) Koreya Xalq Demokratik Respublikasının (KXDR) hipersəs ballistik raket buraxılışı ilə bağlı ABŞ qüvvələri üçün təhlükə görmür”.
“Füyuzat”ın məlumatına görə, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə deyib.
“Biz Şimali Koreyanın ballistik raket buraxmasından xəbərdarıq. Və həmişə olduğu kimi, regiondakı müttəfiqlərimizlə sıx əməkdaşlıq edirik. Biz bu hərəkətləri pisləyirik və KXDR-i növbəti qeyri-qanuni və sabitliyi pozan addımlardan çəkinməyə çağırırıq. Keçmişdə də bu cür fəaliyyətlərin şahidi olmuşuq. Bunun ABŞ qüvvələri üçün təhlükə yaratmadığına inansaq da, vəziyyəti izləməyə davam edəcəyik”, – Sinq əlavə edib.