“ABŞ prezidenti Donald Trampın administrasiyası Filippinlə hərbi və iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirməyi qarşısına məqsəd qoyub”.
“Füyuzat”ın məlumatına görə, bunu Manilada Filippin prezidenti kiçik Ferdinand Markos ilə görüşdə ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.
Amerika lideri haqqında danışan Pentaqon rəhbəri vurğulayıb:
“Həm o, həm də mən ABŞ və Filippin arasında Qarşılıqlı Müdafiə Müqaviləsinə, eləcə də iqtisadi və hərbi tərəfdaşlığa sarsılmaz sadiqliyimizi ifadə etmək istəyirik”.



