“ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın döyüş meydanındakı ciddi problemlərindən xəbərdardır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin ortaq açıqlamasında bildirilib.
“Ukraynanın bu günə qədər əldə etdiyi uğurlar böyük strateji nailiyyət olub, ordu hələ də döyüş meydanında ciddi problemlərlə üzləşir”, – məlumatda bildirilib.