“Avropanın hərbiləşdirilməsi çox təhlükəli tendensiyadır. Bu, vəziyyəti sakitləşdirməyə və qarşılıqlı etimad mühiti yaratmağa kömək etmir, Avropada təhlükəsizliyə töhfə vermir”.
“Füyuzat”ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Avropanın hərbiləşdirilməsi məsələsinə toxunan Peskov bir çox avropalıların buna qarşı olduğunu, lakin ölkə hökumətlərinin bu yolla getdiyini qeyd edib.