Xəbərlər

Peskov Azərbaycana təşəkkür edib

“Rusiyalıların İrandan təxliyyəsi Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsi vasitəsilə həyata keçirilir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ruslar Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsinə aparılır. Azərbaycanlı dostlarımız da əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq. Rusiya vətəndaşlarının koordinasiyası və təxliyəsi üzrə işlər gecə-gündüz davam edir. Vətəndaşların nömrələri səfirlikdə var, onların neçə nəfər olduğunu və kimin təxliyə olunduğunu diqqətlə izləyirik ki, hər hansı bir təhlükə yaşanmasın”, – Peskov qeyd edib.