Xəbərlər

Peskov: Kiyevin “Türk axını”na hücum cəhdi Avropa üçün təhlükəlidir

“Ukrayna qüvvələrinin Krasnodar diyarının Qay-Kodzor qəsəbəsində “Türk axını” qaz kəmərinin “Russkaya” stansiyasına hücum cəhdi avropalı istehlakçılar üçün bu cür hərəkətlər zəncirinin çox təhlükəli halqasıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, Şimal axınında partlayışlar, partlayışların təşkili və təxribatla bağlı hərəkətlər silsiləsinin davamı olaraq avropalı istehlakçılar üçün yeni, çox təhlükəli həlqədir”, – Kreml nümayəndəsi jurnalistlərə bildirib.