Xəbərlər

Peskov: Kreml Qəzza ilə bağlı razılaşmalara nikbin yanaşır

“Kreml Qəzza zolağında atəşkəs razılaşmasının mümkünlüyü ilə bağlı məlumatlara nikbin yanaşır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ən yüksək səviyyədə təmasların davam etdirilməsi ilə bağlı hər hansı konkret məlumat ortaya çıxdıqda, biz sizə məlumat verəcəyik. Biz indi Qəzzada baş verən humanitar fəlakətdən çox danışmırıq, bu fəlakət get-gedə daha da pisləşir, ona görə də atəşkəs son dərəcə zəruridir”, – Peskov əlavə edib.