Xəbərlər

Peskov: Monqolustanın BCM-də iştirakı Putinin səfərinə təsir etməyəcək

“Vladimir Putinin Ulan-Batora səfəri diqqətlə planlaşdırılıb, ona görə də Kreml Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iştirakından narahat deyil”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Putinin Monqolustana səfəri sentyabrın 3-nə planlaşdırılıb.

“Səfərin bütün aspektləri diqqətlə hazırlanmışdı. Narahatlıq yoxdur, Monqolustandakı dostlarımızla əla dialoqumuz var”, – Peskov bildirib.