“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər tarixi hələ müəyyən edilməyib. Səfərlə bağlı razılıq əldə olunub, hazırlıq prosesi davam edir. Bu səfəri gözləyirik”.
“Füyuzat”ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov səfər tarixinin Rusiyada mart ayında keçiriləcək prezident seçkiləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx iş qrafiki nəzərə alınaraq müəyyən ediləcəyini qeyd edib və tarix dəqiqləşəndə bu barədə məlumat verəcəyini qeyd edib.