“Rusiya həm Ermənistan, həm də Azərbaycanla münasibətləri yüksək qiymətləndirir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Biz bu münasibətləri yüksək qiymətləndiririk və bu münasibətləri daha da inkişaf etdirmək üçün bizdən asılı olan hər şeyi etmək niyyətindəyik”, – Peskov əlavə edib.