Xəbərlər

Peskov: Rusiya ilə Ukrayna arasında danışıqlar üçün heç bir əsas yoxdur

“Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində deyib.

“Qətər də daxil olmaqla bir çox ölkələr, danışıqlar üçün qapılarını açmağa hazır olduqlarını bəyan edirlər. Həqiqətən də, əmirlik müxtəlif məsələlərdə vasitəçilik xidmətləri baxımından çox fəaldır və bunu effektiv şəkildə həyata keçirir. Bundan əlavə, Qətərlə ikitərəfli əlaqələrimiz əla inkişaf edir və biz Qətər də daxil olmaqla, bütün ölkələrə minnətdarıq. Ancaq indi Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur”, – Peskov qeyd edib.