“Moskva İranın nüvə proqramı ilə bağlı problemlərin həllində Tehrana yardım etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Moskva İranla yaxşı münasibətlərə böyük əhəmiyyət verir və bu münasibətləri hərtərəfli inkişaf etdirmək və ən mühüm problemlərin, o cümlədən nüvə proqramının həllinə yardım göstərmək niyyətindədir”, – Peskov bildirib.



