Xəbərlər

Peskov: Rusiya Qərbdən fərqli olaraq Gürcüstanın daxili işlərinə qarışmır

“Qərb Gürcüstanda seçki kampaniyasının gedişinə təsir göstərməyə çalışır, lakin Rusiya onlardan fərqli olaraq, bu ölkənin daxili işlərinə qarışmır və qarışmaq niyyətində də deyil”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

“Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb ölkələrinin Gürcüstanın hazırkı hakimiyyətinə təzyiq göstərmək və seçki kampaniyasının gedişatına birbaşa təsir etmək cəhdlərini görürük. Gürcüstanın daxili işlərinə qarışmaq olmaz və biz bunu etməyəcəyik”, – Peskov bildirib.