“Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin hazırda Ukrayna rəsmilərindən konkret təkliflər yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Rusiya hakimiyyəti dəfələrlə Ukrayna ilə sülh danışıqlarına hazır olduqlarını bəyan edib. Vladimir Putin bildirib ki, 2022-ci ilin martında Rusiya və Ukrayna arasında üzbəüz danışıqlarda işlənib hazırlanmış sülh şərtləri yoxlanmayıb. O hesab edir ki, İstanbul razılaşmaları 2022-ci ilin mayında dayandırılmış Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün əsas ola bilər. İstanbul sazişləri paketinə digər məsələlər ilə yanaşı Ukraynanın NATO-ya üzv olmaqdan və nüvə silahı hazırlamaqdan imtinası daxildir. Bunun müqabilində Kiyev “NATO-nun beşinci maddəsinə bənzətməklə” beynəlxalq təhlükəsizlik təminatlarına ümid edirdi”, – Peskov vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenskinin ofisi Vladimir Putinin münaqişənin həlli üçün təklif etdiyi şərtləri rədd edərək, Rusiya ilə sülh müqaviləsinin bağlanmasını “şeytanla razılaşma” adlandırıb.